Azərbaycan daha bir ölkəyə gavalı və göyəm ixrac etməyə başlayıb

Biznes
  • 20 sentyabr, 2023
  • 08:10
Azərbaycan daha bir ölkəyə gavalı və göyəm ixrac etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 4 min 805 ton gavalı və göyəm ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 54 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 2,95 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 4 min 626 ton (+52 %), Qazaxıstana 71,5 min ABŞ dolları dəyərində (+5 dəfə) 124 ton (+3,4 dəfə), Ukraynaya 20 min ABŞ dolları dəyərində 36,4 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 14,2 min ABŞ dolları dəyərində (-78 %) 8,7 ton (-78 %), Səudiyyə Ərəbistanına 8,3 min ABŞ dolları dəyərində 0,3 ton məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilmiş 5,1 min ton gavalı və göyəmin 97,7 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə