Azərbaycan daha bir ölkədən üzüm şirəsi idxal etməyə başlayıb

Biznes
  • 14 sentyabr, 2022
  • 13:20
Azərbaycan daha bir ölkədən üzüm şirəsi idxal etməyə başlayıb

Bu ilin ilk 6 ayı ərzində Azərbaycandan xaricə 31,34 min ABŞ dolları dəyərində 40,59 ton üzüm şirəsi göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,1 %, kəmiyyət olaraq – 31,7 % azdır.

Rusiyaya 24,68 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,7 % azdır) 33,78 ton (-4,7 %), Malayziyaya 3,47 min ABŞ dolları dəyərində (-53,5 %) 3,96 ton (-54,7 %) və Yeni Zelandiyaya 3,19 min ABŞ dolları dəyərində (+49,8 %) 2,86 ton (+52,1 %) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana 21,89 min ABŞ dolları dəyərində 7,18 ton üzüm şirəsi idxal edilib ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 15,4 % və 24,3 % azdır.

Fransadan 14,45 min ABŞ dolları dəyərində (-30,3 %) 4,32 ton (-33,3 %), İsraildən 7,32 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 2,83 ton (+50,5 %), İtaliyadan 0,07 min ABŞ dolları dəyərində (-78,1 %) 0,02 ton (-83,3 %) və Yunanıstandan 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstandan tədarük həyata keçirilib.