Azərbaycan daha bir ölkədən taxta-şalban almağa başlayıb

Biznes
  • 14 mart, 2025
  • 16:23
Azərbaycan daha bir ölkədən taxta-şalban almağa başlayıb

2024-cü ildə Azərbaycan 4,9 milyon ABŞ dolları dəyərində 4 112 ton taxta-şalban idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 17 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % azdır) 1 456 ton (-19 %), Belarusdan 1,2 milyon ABŞ dolları dəyərində (-30 %) 1 541 ton (-20 %), Çindən 1 milyon ABŞ dolları dəyərində (+14 %) 565 ton (+4 %), Türkiyədən 455 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 101 ton (+2,5 dəfə), İspaniyadan 248 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 29,2 ton (+4 dəfə) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malidən tədarük (1,1 min ABŞ dolları dəyərində 0,1 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycana 16 ölkədən idxal edilmiş 4 min 981 ton taxta-şalbanın 38,5 %-i Belarusun, 36,2 %-i Rusiyanın payına düşüb.