Azərbaycan daha bir ölkədən soya tədarük etməyə başlayıb
- 10 iyun, 2025
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 1,56 milyon ABŞ dolları dəyərində 3 074 ton soya paxlası idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 72 %, kəmiyyət olaraq 67 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynadan 1,39 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 62 % az) 2 805 ton (-55 %), Argentinadan 121,49 min ABŞ dolları dəyərində 248,28 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 45,22 min ABŞ dolları dəyərində 18,73 ton (bir il əvvəl tədarük olmayıb), Hindistandan 1,32 min ABŞ dolları dəyərində 1,04 ton (bir il əvvəl tədarük olmayıb) və Tailanddan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 16 217 ton soyanın 80 %-i Ukraynanın payına düşüb.