Azərbaycan daha bir ölkədən qarğıdalı yağı almağa başlayıb

Biznes
  • 19 iyun, 2025
  • 13:04
Azərbaycan daha bir ölkədən qarğıdalı yağı almağa başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7,15 milyon ABŞ dolları dəyərində 4 170 ton qarğıdalı yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 28 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 4,34 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 8 % çox) 2 771 ton (-5 %), Türkiyədən 2,4 milyon ABŞ dolları dəyərində (+2 %) 1 206 ton (-10 %), İtaliyadan 422 min ABŞ dolları dəyərində (+8 dəfə) 192 ton (+10 dəfə), Almaniyadan 2 min ABŞ dolları dəyərində (-58 %) 0,31 ton (-56 %) və Macarıstandan 0,14 min ABŞ dolları dəyərində 0,02 ton qarğıdalı yağı alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Macarıstandan tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 19 min ton qarğıdalı yağının 40 %-i Rusiyanın, 31 %-i ABŞ-nin, 28 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə