Azərbaycan daha bir ölkədən kerosin almağa başlayıb

Biznes
  • 08 may, 2025
  • 15:28
Azərbaycan daha bir ölkədən kerosin almağa başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 251 min ABŞ dolları dəyərində 96,4 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 89 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 160,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 dəfə çoxdur) 69,2 ton (+35 dəfə), Cənubi Koreyadan 46 min ABŞ dolları dəyərində (+4 dəfə) 23,2 ton (+23 dəfə), Amerika Birləşmiş Ştatlarından 16,5 min ABŞ dolları dəyərində 1,5 ton (1 il əvvəl tədarük olmayıb), Yaponiyadan 15,1 min ABŞ dolları dəyərində 1,1 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 9,2 min ABŞ dolları dəyərində (+5 dəfə) 0,35 ton (-10 %) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan tədarük (0,5 min ABŞ dolları dəyərində 0,07 ton) həyata keçirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 21 871 ton kerosinin 69,4 %-i Türkmənistanın payına düşüb.

44 - Tezliklə