Azərbaycan daha 3 ölkəyə neft koksu tədarük etməyə başlayıb
- 13 mart, 2025
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 18 milyon ABŞ dolları dəyərində 209 994 ton neft koksu ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 69 %, kəmiyyət olaraq 10 % azdır.
Hesabat dövründə Azərbaycan Çinə 10,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % azdır) 123 675 ton (-31 %), Rusiyaya 2,2 milyon ABŞ dolları dəyərində (-60 %) 25 236 ton (+1 %), Böyük Britaniyaya 2,2 milyon ABŞ dolları dəyərində (-52 %) 27 705 ton (+15 %), Misirə 1,3 milyon ABŞ dolları dəyərində 14 891 ton, Qazaxıstana 1,1 milyon ABŞ dolları dəyərində (-23 %) 10 756 ton (+3,2 dəfə) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana (680 min ABŞ dolları dəyərində 7 555 ton), Namibiyaya (9,4 min ABŞ dolları dəyərində 2,7 ton) və Misirə tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 4 ölkəyə ixrac edilmiş 232 min ton neft koksunun 77,2 %-i Çinin payına düşüb.