Azərbaycan daha 3 ölkəyə alma tədarük etməyə başlayıb

Biznes
  • 31 yanvar, 2022
  • 11:56
Azərbaycan daha 3 ölkəyə alma tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 32 milyon 806,51 min ABŞ dolları dəyərində 59 min 579,76 ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 18,92 % artıb, kəmiyyət olaraq – 11,39 % azalıb.

Hesabat dövründə Rusiyaya 31 milyon 819,02 min ABŞ dolları dəyərində 56 min 245,36 ton, Qazaxıstana 764,94 min ABŞ dolları dəyərində 2 min 650,28 ton, Qətərə 50,22 min ABŞ dolları dəyərində 54 ton, İrana 42,09 min ABŞ dolları dəyərində 186,64 ton, Türkmənistana 39,38 min ABŞ dolları dəyərində 153,6 ton məhsul satılıb.

2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 22,46 % artıb və 10,26 % azalıb, Qazaxıstana – 8,1 % və 8,83 % azalıb, İrana – 64,03 % və 38,83 % azalıb, Türkmənistana – 75,91 % və 74,29 % azalıb.

İki il 4 aylıq aradan sonra Əfqanıstana, üç il 5 aylıq fasilənin ardından Qətərə tədarük bərpa olunub. Ötən il ilk dəfə olaraq Azərbaycandan Monqolustana alma ixrac olunub. Monqolustana 28,37 min ABŞ dolları dəyərində 76,33 ton, Əfqanıstana 8,56 min ABŞ dolları dəyərində 42,8 ton məhsul göndərilib.