Azərbaycan daha 3 ölkədən kolbasa idxal etməyə başlayıb

Biznes
  • 23 fevral, 2024
  • 12:13
Azərbaycan daha 3 ölkədən kolbasa idxal etməyə başlayıb

Ötən il Azərbaycan 16,41 milyon ABŞ dolları dəyərində 5 min 130 ton kolbasa idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 1,1 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 11,12 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,4 % çoxdur) 4 min 995 ton (+26 %), Almaniyadan 1,81 milyon ABŞ dolları dəyərində (+6,4%) 481 ton (-10 %), Belarusdan 1,42 milyon ABŞ dolları dəyərində (-11 %) 293 ton (-23 %), Türkiyədən 1,21 milyon ABŞ dolları dəyərində (+20 %) 259 ton (+23 %), Litvadan 189 min ABŞ dolları dəyərində (-6 %) 36 ton (-16 %) kolbasa alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstandan (13 min ABŞ dolları dəyərində 1 ton), Portuqaliyadan (0,4 min ABŞ dolları dəyərində 0,02 ton) və Rumıniyadan (15 min ABŞ dolları dəyərində 2,3 ton) tədarük həyata keçirilib.

2022-ci il ərzində Azərbaycana (15 ölkədən) idxal edilmiş 5 min 236 ton kolbasanın 75,7 %-i Rusiyanın payına düşüb.