Azərbaycan daha 2 ölkədən velosiped tədarük etməyə başlayıb
- 12 mart, 2024
- 05:33
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 4,7 milyon ABŞ dolları dəyərində 282 min 677 ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 14 % azdır, kəmiyyət olaraq – 97 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 4,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 279 min 513 ədəd (+2 dəfə), Rusiyadan 296,5 min ABŞ dolları dəyərində (-21 %) 2 min 251 ədəd (-4 %), Almaniyadan 59,1 min ABŞ dolları dəyərində (-24 %) 255 ədəd (-23 %), Belarusdan 40,8 min ABŞ dolları dəyərində (-34 %) 320 ədəd (-12 %), Kambocadan 39,5 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 160 ədəd (+2,5 dəfə) velosiped alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriya (0,2 min ABŞ dolları dəyərində 3 ədəd) və Dominikadan (0,4 min ABŞ dolları dəyərində 2 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (28 ölkədən) idxal edilən 143 min 765 ədəd velosipedin 97 %-i Çinin payına düşüb.