Azərbaycan Çindən sarımsaq alışını kəskin artırıb
- 11 avqust, 2025
- 13:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 784 min ABŞ dolları dəyərində 597 ton sarımsaq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Hesabat dövründə Azərbaycana Çindən 494,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 dəfə çoxdur) 380,5 ton (+9 dəfə), Misirdən 149,5 min ABŞ dolları dəyərində (+44 %) 115 ton (+44 %), İrandan 106,85 min ABŞ dolları dəyərində (-73 %) 80,9 ton (-73 %) və Rusiyadan 32,9 min ABŞ dolları dəyərində (-23 %) 20,6 ton (-55 %) məhsul idxal edilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 978 ton sarımsağın 44,4 %-i Çinin, 37 %-i İranın payına düşüb.