Azərbaycan Çindən MDF lövhələrin alışını kəskin artırıb

Biznes
  • 09 iyun, 2025
  • 15:35
Azərbaycan Çindən MDF lövhələrin alışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 9,74 milyon ABŞ dolları dəyərində 2 milyon 534 min kvadratmetr ağaclifli plitələr (MDF) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 20 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 5,96 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 1 milyon 702 min kvadratmetr (-23 %), Belarusdan 1,67 milyon ABŞ dolları dəyərində (-11 %) 587 min kvadratmetr (+4 %), Türkiyədən 1,17 milyon ABŞ dolları dəyərində (-41 %) 99 min kvadratmetr (-66 %), Çindən 543 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 81 min kvadratmetr (+2,3 dəfə), İrandan 278 min ABŞ dolları dəyərində (+59 %) 55 min kvadratmetr (-7 %) material alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 14,8 milyon kvadratmetr MDF lövhənin 70 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə