Azərbaycan Çindən konservləşdirilmiş balıq alışını kəskin artırıb

Biznes
  • 27 noyabr, 2023
  • 10:37
Azərbaycan Çindən konservləşdirilmiş balıq alışını kəskin artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 9,9 milyon ABŞ dolları dəyərində 3 min 379 ton hazır və ya konservləşdirilmiş balıq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,4 %, kəmiyyət olaraq – 31 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13,3 dəfə çox) 1 min 164 ton (+83 dəfə), Rusiyadan 2,5 milyon ABŞ dolları dəyərində (-44 %) 1 min 149 ton (-22 %), Türkiyədən 1,7 milyon ABŞ dolları dəyərində (-10 %) 224,4 ton (-20 %), Latviyadan 1,1 milyon ABŞ dolları dəyərində (+1 %) 344,8 ton (+2,4 %), Belarusdan 443,4 min ABŞ dolları dəyərində (+33 %) 137,5 ton (+23 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (27 ölkədən) idxal edilmiş 3 min 787 ton konservləşdirilmiş balığın 52 %-i Rusiyanın, 15 %-i Latviyanın payına düşüb.

44 - Tezliklə