Azərbaycan Çindən hibrid avtomobil alışını 7 dəfə artırıb
- 17 mart, 2025
- 14:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 72,4 milyon ABŞ dolları dəyərində 3 654 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 80 %, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 52,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,7 dəfə çoxdur) 2 635 ədəd (+7 dəfə), Yaponiyadan 8 milyon ABŞ dolları dəyərində (+16 %) 608 ədəd (+79 %), Amerika Birləşmiş Ştatlarından 2,8 milyon ABŞ dolları dəyərində (-56 %) 108 ədəd (-32 %), Cənubi Koreyadan 2,8 milyon ABŞ dolları dəyərində (+77 %) 142 ədəd (+56 %), Almaniyadan 1,8 milyon ABŞ dolları dəyərində (-71 %) 42 ədəd (-59 %) hibrid avtomobili alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 26 197 ədəd hibrid avtomobilin 50 %-i Çinin payına düşüb.