Azərbaycan Çexiyadan kondisioner alışını bərpa edib
- 14 mart, 2025
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 74,54 milyon ABŞ dolları dəyərində 281 659 ədəd kondisioner idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 45 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 63 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % çoxdur) 238 679 ədəd (+39 %), Tailanddan 5,7 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 20 460 ədəd (+2,5 dəfə), Özbəkistandan 4,96 milyon ABŞ dolları dəyərində (+29 %) 21 716 ədəd (+62 %), Türkiyədən 503 min ABŞ dolları dəyərində (+35 %) 431 ədəd (+87 %), Böyük Britaniyadan 107 min ABŞ dolları dəyərində (+24 %) 134 ədəd (-62 %) məhsul alıb.
Azərbaycan 3 il 5 aylıq fasilənin ardından Çexiyadan kondisioner tədarükünü (5,53 min ABŞ dolları dəyərində 6 ədəd) bərpa edib.
2023-cü ildə Azərbaycana 17 ölkədən idxal edilmiş 194 min 208 ədəd kondisionerin 88,4 %-i Çinin payına düşüb.