Azərbaycan Cənubi Koreyadan şveller idxalını bərpa edib
- 27 fevral, 2025
- 15:43
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 5,6 milyon ABŞ dolları dəyərində 7 159 ton şveller idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 8 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 3,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % az) 4 492 ton (-18 %), Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (+19,4 %) 2 222 ton (+20 %), Türkiyədən 428 min ABŞ dolları dəyərində (+18 %) 397 ton (+14 %), Cənubi Koreyadan 30,3 min ABŞ dolları dəyərində 22,4 ton, Almaniyadan 22,1 min ABŞ dolları dəyərində (-60 %) 7,8 ton (-54 %) məmulat alıb.
Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Cənubi Koreyadan şveller alışını bərpa edib.