Azərbaycan Cənubi Koreyadan polietilen alışını 4 dəfədən çox artırıb
- 01 may, 2025
- 14:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 16,6 milyon ABŞ dolları dəyərində 14 222 ton polietilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 % çox, kəmiyyət olaraq – 2 % azdır.
Azərbaycan Rusiyaya 14,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 44 % çoxdur) 11 869 ton (+32 %), Ukraynaya 1,3 milyon ABŞ dolları dəyərində (-40 %) 1 281 ton (-47 %), Belarusa 866 min ABŞ dolları dəyərində (-25 %) 781 ton (-34 %), Qazaxıstana 138 min ABŞ dolları dəyərində (-31 %) 123 ton (-38 %), Gürcüstana 114 min ABŞ dolları dəyərində (+36 %) 113 ton (+26 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycan 10,7 milyon ABŞ dolları dəyərində (+19 %) 8 629 ton (+13 %) polietilen idxal edib.
Azərbaycan İrandan 3 milyon ABŞ dolları dəyərində (-12 %) 2 831 ton (-12 %), Səudiyyə Ərəbistanından 2,8 milyon ABŞ dolları dəyərində (+29 %) 2 760 ton (+38 %), Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (+95 %) 1 598 ton (+65 %), Cənubi Koreyadan 1,65 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 616 ton (+4,3 dəfə), Amerika Birləşmiş Ştatlarından 532 min ABŞ dolları dəyərində (-51 %) 328 ton (-52 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 49,4 min ton polietilenin 50,4 %-i İranın payına düşüb.