Azərbaycan Cənubi Koreyadan güc transformatorlarının idxalını bərpa edib

Biznes
  • 30 aprel, 2025
  • 12:49
Azərbaycan Cənubi Koreyadan güc transformatorlarının idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 17,8 milyon ABŞ dolları dəyərində 12 586 ədəd güc transformatoru idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,4 dəfə çox, kəmiyyət olaraq – 64 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 13,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 dəfə çoxdur) 9 114 ədəd (-67 %), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (+56 %) 3 023 ədəd (-52 %), Belarusdan 764 min ABŞ dolları dəyərində (-6 %) 194 ədəd (-4 %), İtaliyadan 464 min ABŞ dolları dəyərində (+11 dəfə) 55 ədəd (-73 %), Amerika Birləşmiş Ştatlarından 293 min ABŞ dolları dəyərində (+86 dəfə) 20 ədəd (+3 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 1 aylıq fasilənin ardından Cənubi Koreyadan güc transformatorlarının tədarükünü (0,1 min ABŞ dolları dəyərində 1 ədəd) bərpa edib.