Azərbaycan Çelyabinskə xurma ixrac edib
- 26 dekabr, 2024
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ay Azərbaycan Rusiyanın Çelyabinsk vilayətinə 165,6 ton xurma ixrac edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, dekabrda Çelyabinskə ümumilikdə 10,8 min ton meyvə-tərəvəz idxal edilib. Məhsullar 569 partiyada gətirilib.
Dekabrda bölgəyə Özbəkistandan 543,2 ton, Çindən 390,5 ton, Tacikistandan 77,7 ton, İrandan 108,3 ton, Qazaxıstandan 460,6 ton, Belarusdan 66 ton, Qırğızıstandan isə 40,9 ton meyvə tərəvəz göndərilib. Bunlar, əsasən üzüm, xurma, pomidor, kələm, turp, limon, naringi, kivi, armud, şirin bibər, qarpız, manqo, ananas, badımcan olub.
Bütün məhsullar laboratoriyalarda yoxlanılıb. Müayinələr zamanı tərəvəz və meyvələrdə karantin obyektləri müəyyən edilməyib.