Azərbaycan Bruney və Banqladeşə alma şirəsi ixrac etməyə başlayıb
- 15 yanvar, 2024
- 08:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 3,85 milyon ABŞ dolları dəyərində 2 min 802 ton alma şirəsi ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 90 % çoxdur.
Azərbaycan Rusiyaya 3,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 2 min 611 ton (+2,4 dəfə), Gürcüstana 128 min ABŞ dolları dəyərində (+56 %) 95 ton (+51 %), Qazaxıstana 31 min ABŞ dolları dəyərində 20 ton, Malayziyaya 30 min ABŞ dolları dəyərində (+51 %) 38,84 ton (+22 %), Səudiyyə Ərəbistanına 19,45 min ABŞ dolları dəyərində (+71 %) 20,71 ton (+2,2 dəfə) alma şirəsi satıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bruney-Darüssalama (4,91 min ABŞ dolları dəyərində 3,1 ton) və Banqladeşə (2,9 min ABŞ dolları dəyərində 3,24 ton) tədarük həyata keçirilib.