Azərbaycan Braziliyadan taxta-şalban tədarükünü bərpa edib

Biznes
  • 09 yanvar, 2024
  • 13:19
Azərbaycan Braziliyadan taxta-şalban tədarükünü bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 4,7 milyon ABŞ dolları dəyərində 4 min 185 ton taxta-şalban idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 25 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 1 min 421 ton (-36 %), Belarusdan 1,4 milyon ABŞ dolları dəyərində (-3 %) 1 min 644 ton (+4 %), Çindən 741 min ABŞ dolları dəyərində (-36 %) 451 ton (-44 %), Ukraynadan 419 min ABŞ dolları dəyərində (-34 %) 461 ton (-39 %), İndoneziyadan 237 min ABŞ dolları dəyərində (-22 %) 125 ton (-32 %) məhsul alıb.

Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Braziliyadan (30,7 min ABŞ dolları dəyərində 12,6 ton) taxta-şalban tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 7 min ton taxta-şalbanın 38 %-i Rusiyanın, 30 %-i Belarusun payına düşüb.