Azərbaycan Belçikadan traktor alışını bərpa edib

Biznes
  • 11 iyun, 2025
  • 11:22
Azərbaycan Belçikadan traktor alışını bərpa edib

Bu ilin I rübündə Azərbaycan 23,8 milyon ABŞ dolları dəyərində 878 ədəd traktor idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 18 % çoxdur.

Azərbaycan Almaniyadan 5,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % az) 232 ədəd (-5 %), Belarusdan 4,9 milyon ABŞ dolları dəyərində (+65 %) 215 ədəd (+87 %), Niderlanddan 3,8 milyon ABŞ dolları dəyərində (+8 %) 158 ədəd (+5 %), Çindən 3,4 milyon ABŞ dolları dəyərində (+53 %) 102 ədəd (+13 %), Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 55 ədəd (+3 dəfə) traktor alıb.

Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Belçikadan (241 min ABŞ dolları dəyərində 3 ədəd) tədarükü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 4 min 11 ədəd traktorun 32 %-i Almaniyanın, 25 %-i Çinin payına düşüb.