Azərbaycan Belçikadan kolbasa tədarükünü bərpa edib
- 28 dekabr, 2023
- 12:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 13,6 milyon ABŞ dolları dəyərində 5 min 104 ton kolbasa idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 9,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % çoxdur) 4 min 148 ton (+34%), Almaniyadan 1,53 milyon ABŞ dolları dəyərində (+24 %) 399 ton (+6 %), Belarusdan 1,2 milyon ABŞ dolları dəyərində (-6 %) 249 ton (-21 %), Türkiyədən 983 min ABŞ dolları dəyərində (+19 %) 214 ton (+30 %), İspaniyadan 160 min ABŞ dolları dəyərində (+7 dəfə) 14 ton (+7 dəfə) kolbasa alıb.
Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Belçikadan (0,53 min ABŞ dolları dəyərində 0,04 ton) tədarükü bərpa edib.
2022-ci il ərzində Azərbaycana (15 ölkədən) idxal edilən 5 min 236 ton kolbasanın 75,7 %-i Rusiyanın payına düşüb.