Azərbaycan Belarusdan tipoqrafiya boyalarının idxalını bərpa edib
- 29 mart, 2024
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 5,8 milyon ABŞ dolları dəyərində 965 ton tipoqrafiya boyası (qara və digər rənglər) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 0,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 343 ton (-25 %), Çindən 1,1 milyon ABŞ dolları dəyərində (+94 %) 213 ton (+20 %), Rusiyadan 943 min ABŞ dolları dəyərində (+44 %) 182 ton (+48 %), Almaniyadan 276 min ABŞ dolları dəyərində (+50 %) 41 ton (+21 %), İsveçrədən 247 min ABŞ dolları dəyərində (-11 %) 20 ton (-5 %) məhsul alıb.
Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Belarusdan (162 min ABŞ dolları dəyərində 36 ton) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana 30 ölkədən idxal edilmiş 962 ton tipoqrafiya boyasının 47 %-i Türkiyənin, 25,7 %-i Çinin, 12,9 %-i Rusiyanın payına düşüb.