Azərbaycan Belarusdan balıq konservinin idxalını kəskin artırıb

Biznes
  • 08 may, 2025
  • 16:59
Azərbaycan Belarusdan balıq konservinin idxalını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 587 ton hazır və ya konservləşdirilmiş balıq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 18 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 790 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % az) 299 ton (-29 %), Türkiyədən 401 min ABŞ dolları dəyərində (+3 %) 52 ton (+8 %), Belarusdan 273 min ABŞ dolları dəyərində (+2 dəfə) 90 ton (+2,3 dəfə), İrandan 269 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 100 ton (+82 %), Latviyadan 133 min ABŞ dolları dəyərində (-67 %) 37 ton (-70 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 5 694 ton balıq konservinin 58 %-i Rusiyanın payına düşüb.