Azərbaycan Belarusa xurma satışını 5 dəfədən çox artırıb

Biznes
  • 29 may, 2025
  • 17:18
Azərbaycan Belarusa xurma satışını 5 dəfədən çox artırıb

Bu ilin I rübündə Azərbaycan 33 milyon ABŞ dolları dəyərində 45 784 ton xurma ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 30 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 26,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çoxdur) 38 191 ton (+24 %), Ukraynaya 2,9 milyon ABŞ dolları dəyərində (+61%) 3 484 ton (+48 %), Türkiyəyə 1,6 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 2 070 ton (+2 dəfə), Belarusa 1,5 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 1 059 ton (+5,4 dəfə), Qazaxıstana 363 min ABŞ dolları dəyərində (-1,6 %) 728 ton (+28 %) məhsul satıb.

2024-cü ildə Azərbaycanın ixrac etdiyi 154,3 min ton xurmanın 85,8 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə