Azərbaycan Belarusa tütün ixracını bərpa edib

Biznes
  • 27 may, 2025
  • 09:18
Azərbaycan Belarusa tütün ixracını bərpa edib

Bu ilin I rübündə Azərbaycandan xarici ölkələrə 2,8 milyon ABŞ dolları dəyərində 850 ton tütün göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 67 % azdır.

Hesabat dövründə Azərbaycan Bolqarıstana 604 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 67 % az) 199 ton (-66 %), Yunanıstana 484 min ABŞ dolları dəyərində (-13 %) 144 ton (-24 %), Belarusa 438 min ABŞ dolları dəyərində 76 ton, Türkiyəyə 433 min ABŞ dolları dəyərində (-41 %) 118 ton (-37 %), Qazaxıstana 250 min ABŞ dolları dəyərində 115 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Belarusa tütün tədarükünü bərpa edib

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 6,9 min ton tütünün 20 %-i İtaliyanın, 19,4 %-i Bolqarıstana, 16,8 %-i BƏƏ-nin payına düşüb.