Azərbaycan BƏƏ-yə çiyələk satışını kəskin artırıb

Biznes
  • 14 avqust, 2025
  • 16:36
Azərbaycan BƏƏ-yə çiyələk satışını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 27 milyon ABŞ dolları dəyərində 24 min 746 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 47 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 26,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çox) 24 min 432 ton (+50 %), Qazaxıstana 308 min ABŞ dolları dəyərində (-54 %) 285 ton (-42 %), Belarusa 16,7 min ABŞ dolları dəyərində (-88 %) 12,9 ton (-84 %), Gürcüstana 15 min ABŞ dolları dəyərində (-12 %) 14,4 ton (+1,4 %) və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 9 min ABŞ dolları dəyərində (+3 dəfə) 1,2 ton (+2,4 dəfə) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 20 min 777 ton çiyələyin 97 %-i Rusiyanın payına düşüb.