Azərbaycan BƏƏ-yə badam ixracını bərpa edib

Biznes
  • 13 iyul, 2023
  • 06:22
Azərbaycan BƏƏ-yə badam ixracını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 1,5 milyon ABŞ dolları dəyərində 272 ton badam alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Azərbaycan Amerika Birləşmiş Ştatlarından 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 255,4 ton (+2,5 dəfə), Avstraliyadan 90,4 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 13,2 ton (+2,6 dəfə), İrandan 15 min ABŞ dolları dəyərində (+27 %) 2,1 ton (+39 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 6,2 min ABŞ dolları dəyərində (+11 dəfə) 0,3 ton (+5,3 dəfə), Lüksemburqdan 5 min ABŞ dolları dəyərində (-12 %) 0,3 ton (-32 %) məhsul idxal edib.

Hesabat dövründə Azərbaycandan xaricə 383 min ABŞ dolları dəyərində (-40 %) 150,6 ton (-36 %) badam göndərilib.

Azərbaycan Özbəkistana 245,7 min ABŞ dolları dəyərində (-28 %) 126,4 ton (-28 %), Rusiyaya 135,4 min ABŞ dolları dəyərində (-55 %) 24 ton (-60 %), BƏƏ-yə 0,6 min ABŞ dolları dəyərində 0,1 ton və Qətərə 0,6 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bir il 3 aylıq fasilənin ardından Azərbaycan BƏƏ-yə badam tədarükünü bərpa edib.