Azərbaycan BƏƏ-dən nişasta tədarük etməyə başlayıb

Biznes
  • 01 iyun, 2024
  • 11:04
Azərbaycan BƏƏ-dən nişasta tədarük etməyə başlayıb

Bu ilin I rübündə Azərbaycana 394,4 min ABŞ dolları dəyərində 773,31 ton nişasta idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 64 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 192,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 442,1 ton (+55 %), Qazaxıstandan 104 min ABŞ dolları dəyərində (+63 %) 220 ton (+2,2 dəfə), Türkiyədən 70,23 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 84 ton (+8,4 dəfə), Belarusdan 19,5 min ABŞ dolları dəyərində (+100 dəfə) 22,1 ton (+275 dəfə), Ukraynadan 4,55 min ABŞ dolları dəyərində 2,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərindən (3,13 min ABŞ dolları dəyərində 1,63 ton) tədarük həyata keçirilib.