Azərbaycan Avstriyadan traktor idxalını bərpa edib

Biznes
  • 08 aprel, 2024
  • 11:37
Azərbaycan Avstriyadan traktor idxalını bərpa edib

2024-cü ilin yanvar ayında Azərbaycan 8,1 milyon ABŞ dolları dəyərində 307 ədəd traktor idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 49 % azdır.

Azərbaycan Belarusdan 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % azdır) 115 ədəd (-8 %), Almaniyadan 1,4 milyon ABŞ dolları dəyərində (-51 %) 62 ədəd (-58 %), Çindən 1,1 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 38 ədəd (+3,2 dəfə), Niderlanddan 1 milyon ABŞ dolları dəyərində (-75 %) 46 ədəd (-75 %), İtaliyadan 867 min ABŞ dolları dəyərində (+7 dəfə) 18 ədəd (+6 dəfə) traktor alıb.

Azərbaycan 4 il 9 aylıq fasilənin ardından Avstriyadan (112,3 min ABŞ dolları dəyərində 1 ədəd) tədarükü bərpa edib.