Azərbaycan Avstraliyadan üzüm alışını bərpa edib
- 26 may, 2025
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 83,51 min ABŞ dolları dəyərində 63 ton təzə üzüm idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 61 min ABŞ dolları dəyərində 40,67 ton (bir il əvvəl tədarük olmayıb), Perudan 13,39 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % az) 13,33 ton (-7 %), Cənubi Afrika Respublikasından 8,22 min ABŞ dolları dəyərində (-21 %) 8,2 ton (+2,5 %), Çindən 0,8 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 0,8 ton (+20 dəfə) və Avstraliyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Avstraliyadan üzüm tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 736 ton üzümün 89 %-i İranın payına düşüb.