Azərbaycan Almaniyadan odadavamlı sement alışını kəskin artırıb
- 03 avqust, 2023
- 13:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana 4 milyon ABŞ dolları dəyərində 2 min 906 ton odadavamlı sement gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,5 % çoxdur, kəmiyyət olaraq – 13 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 1 min 624 ton (-36 %), Bolqarıstandan 1,2 milyon ABŞ dolları dəyərində 580 ton (bir il əvvəl tədarük olmayıb), Polşadan 215,6 min ABŞ dolları dəyərində (-33 %) 174 ton (-39 %), Almaniyadan 156 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 117 ton (+3,5 dəfə), Böyük Britaniyadan 153,3 min ABŞ dolları dəyərində (+65 %) 71 ton (+51 %) odadavamlı sement alıb.
2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 7,6 min ton odadavamlı sementin 75,4 %-i Türkiyənin payına düşüb.