Azərbaycan Almaniyadan kakao alışını 39 dəfə artırıb
- 10 iyul, 2025
- 15:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 212,2 ton kakao tozu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 56 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 997 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % az) 126 ton (-55 %), Niderlanddan 221,2 min ABŞ dolları dəyərində (-43 %) 24 ton (-74 %), Almaniyadan 178 min ABŞ dolları dəyərində (+30 dəfə) 27 ton (+39 dəfə), Qanadan 77,4 min ABŞ dolları dəyərində 5,9 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 57 min ABŞ dolları dəyərində (+4 dəfə) 17 ton (+3,4 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 1 271 ton kakao tozunun 51 %-i Türkiyənin payına düşüb.