Azərbaycan Almaniya və Rusiyadan kələm idxalını bərpa edib
- 14 fevral, 2024
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 530 min ABŞ dolları dəyərində 1 min 269 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Azərbaycan Rusiyaya 466 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % çoxdur) 1 min ton (+48 %), Ukraynaya 29,6 min ABŞ dolları dəyərində (+2 %) 113 ton (+2 dəfə), Gürcüstana 21,8 min ABŞ dolları dəyərində (-39 %) 109 ton (-30 %), Səudiyyə Ərəbistanına 8,5 min ABŞ dolları dəyərində 2,2 ton (bir il əvvəl tədarük olmayıb) və Belarusa 4,15 min ABŞ dolları dəyərində (-92 %) 20,75 ton (-77 %) kələm satıb.
Hesabat dövründə ölkəyə 54,3 min ABŞ dolları dəyərində (-96 %) 110,8 ton (-97 %) kələm gətirilib.
Azərbaycan İrandan 33,8 min ABŞ dolları dəyərində (-97,3 %) 67,4 ton (-97,8 %), Türkiyədən 12,9 min ABŞ dolları dəyərində (-89 %) 31,3 ton (-88 %), Niderlanddan 3,2 min ABŞ dolları dəyərində (-76 %) 4 ton (-76 %), Rusiyadan 2,5 min ABŞ dolları dəyərində 6,2 ton, Almaniyadan 1 min ABŞ dolları dəyərində 1,3 ton kələm alıb.
Azərbaycan 6 il 9 aylıq fasilənin ardından Almaniyadan və 2 il 5 aylıq aradan sonra Rusiyadan tədarükü bərpa edib.