Azərbaycan Aİ ilə birgə layihələrin icrasını müzakirə edib
Biznes
- 06 mart, 2026
- 12:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında birgə layihələrin icrası müzakirə olunub.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Səməd Bəşirli ilə Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kirali arasındakı görüşdə aparılıb.
Qeyd edilib ki, görüşdə Azərbaycan ilə Aİ arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə birgə fəaliyyətin regional inkişafa xidmət etdiyi vurğulanıb. Bildirilib ki, əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensial var.
Tərəflər Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi, eləcə də digər məsələlərə dair müzakirələr aparıblar.
Foto
Foto
Son xəbərlər
08:18
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:04
Yaponiya xarici agentlərin məcburi qeydiyyatını təqdim etməyi planlaşdırır
Digər ölkələr
07:38
ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb
Digər ölkələr
07:13
Ərəb koalisiyası: Səudiyyə Ərəbistanında husilərin raketləri zərərsizləşdirilib
Digər ölkələr
06:34
Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır
Digər ölkələr
06:06
Braziliyada Bolsonarunun partiyası prezident seçkilərinin nəticələrini tanıyıb
Digər ölkələr
05:27
Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb
Region
04:48
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl top" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr