Azərbaycan 5 ölkəyə xiyar ixracını bərpa edib

Biznes
  • 12 oktyabr, 2023
  • 08:42
Azərbaycan 5 ölkəyə xiyar ixracını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1,198 milyon ABŞ dolları dəyərində 2 min 177 ton xiyar idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 28 % çoxdur.

Azərbaycan İrandan 1,195 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 28 % çoxdur) 2 min 173 ton (+28 %) və Türkiyədən 2 min ABŞ dolları dəyərində (+12 dəfə) 4 ton (+26,2 dəfə) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan 2,7 milyon ABŞ dolları dəyərində (+21 %) 1 min 981 ton (+30 %) xiyar ixrac edilib.

Azərbaycan Rusiyaya 2,57 milyon ABŞ dolları dəyərində (+17 %) 1 min 847 ton (+21 %), Ukraynaya 70,1 min ABŞ dolları dəyərində 116,8 ton, Səudiyyə Ərəbistanına 12,86 min ABŞ dolları dəyərində 2,48 ton, Gürcüstana 4,85 min ABŞ dolları dəyərində 13,76 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,15 min ABŞ dolları dəyərində 0,11 ton və Qətərə 0,11 min ABŞ dolları dəyərində 0,05 məhsul satıb.

Azərbaycan 7 ilin tamamında Səudiyyə Ərəbistanına, 3 il 9 aylıq fasilənin ardından Qətərə, 3 il 6 aylıq aradan sonra BƏƏ-yə, 1 il 11 aydan sonra isə Ukraynaya və Gürcüstana xiyar tədarükünü bərpa edib.

44 - Tezliklə