Azərbaycan 4 ölkədən konteyner alışını bərpa edib

Biznes
  • 12 sentyabr, 2023
  • 12:11
Azərbaycan 4 ölkədən konteyner alışını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 1,68 milyon ABŞ dolları dəyərində 322 ədəd konteyner gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,5 dəfə, kəmiyyət olaraq – 12,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 852 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,5 dəfə çoxdur) 246 ədəd (+25 dəfə), İtaliyadan 488 min ABŞ dolları dəyərində (+16,3 dəfə) 3 ədəd (+3 dəfə), Böyük Britaniyadan 74,81 min ABŞ dolları dəyərində (+97 %) 6 ədəd (-14 %), Norveçdən 65,2 min ABŞ dolları dəyərində 52 ədəd, Cənubi Afrikadan (CAR) 55,4 min ABŞ dolları dəyərində 3 ədəd məhsul alıb.

Azərbaycan 4 il 4 aydan sonra Kanadadan (16,14 min ABŞ dolları dəyərində 1 ədəd), 1 il 6 aylıq fasilənin ardından İrlandiyadan (18,44 min ABŞ dolları dəyərində 1 ədəd), 3 ilin tamamında CAR-dan, 2 illik aradan sonra Norveçdən konteyner tədarükünü bərpa edib.