Azərbaycan 3 ölkəyə karbamid satışını bərpa edib
- 26 fevral, 2025
- 12:49
Ötən il Azərbaycan 126,22 milyon ABŞ dolları dəyərində 564 min 923 ton karbamid ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 52 %, kəmiyyət olaraq – 56 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 63,28 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 282 min 241 ton (+4,6 dəfə), Rumıniyaya 22 milyon ABŞ dolları dəyərində (-18 %) 97 min 559 ton (-20 %), Türkiyəyə 16,81 milyon ABŞ dolları dəyərində (+32 %) 86 min 152 ton (+40 %), Braziliyaya 13,4 milyon ABŞ dolları dəyərində 52 min 965 ton, Bolqarıstana 4,1 milyon ABŞ dolları dəyərində (+19 %) 16 min 956 ton (+26 %) məhsul satıb.
Azərbaycan 2 il 1 aylıq aradan sonra Argentinaya (682,42 min ABŞ dolları dəyərində 2 min 967 ton), 1 il 11 aylıq fasilənin ardından İsrailə (2,93 milyon ABŞ dolları dəyərində 12 min 482 ton) və 2 il 3 aylıq aradan sonra Braziliyaya karbamid tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycandan 13 ölkəyə ixrac edilmiş 362 min 207 ton karbamidin 33,8 %-i Rumıniyanın, 17 %-i Ukraynanın, 17 %-i Türkiyənin payına düşüb.