Azərbaycan 3 ölkədən orqanik gübrə alışını kəskin artırıb
- 14 oktyabr, 2023
- 11:13
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 1,83 milyon ABŞ dolları dəyərində 789 ton heyvan və bitki mənşəli gübrə (orqanik) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 33 % çoxdur.
Azərbaycan Türkiyədən 1,47 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 693 ton (+52 %), İtaliyadan 268 min ABŞ dolları dəyərində (-10 %) 44,83 ton (+55 %), Səudiyyə Ərəbistanından 33,67 min ABŞ dolları dəyərində (+55 %) 24,24 ton (+60 %), Almaniyadan 15 min ABŞ dolları dəyərində (+36 dəfə) 1 ton (+14 dəfə), İspaniyadan 14,9 min ABŞ dolları dəyərində (-83 %) 6,32 ton (-83 %) gübrə alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 1 min 147 ton orqanik gübrənin 80 %-i Türkiyənin payına düşüb.