Azərbaycan 3 ölkədən konteyner idxalını bərpa edib
- 06 iyul, 2023
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 586,3 min ABŞ dolları dəyərində 113 ədəd konteyner idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,5 dəfə, kəmiyyət olaraq – 9,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 331 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,6 dəfə çoxdur) 93 ədəd (+15,5 dəfə), Cənubi Afrikadan (CAR) 55,4 min ABŞ dolları dəyərində 3 ədəd, Almaniyadan 55,2 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 50,9 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb), İrlandiyadan 18,4 min ABŞ dolları dəyərində 1 ədəd məhsul gətirib.
Azərbaycan 4 il 4 aydan sonra Kanadadan (16,1 min ABŞ dolları dəyərində 1 ədəd), 3 ilin tamamında CAR-dan və 1 il 6 aylıq aradan sonra İrlandiyadan konteyner tədarükünü bərpa edib.