Azərbaycan 3 ölkədən alabalıq tədarük etməyə başlayıb

Biznes
  • 12 mart, 2024
  • 11:35
Azərbaycan 3 ölkədən alabalıq tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 9,1 milyon ABŞ dolları dəyərində 1 min 998 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 83 %, kəmiyyət olaraq – 45 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 8,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 1 min 969 ton (+55 %), Belarusdan 118 min ABŞ dolları dəyərində (+38 %) 7,75 ton (+27 %), Türkiyədən 22,1 min ABŞ dolları dəyərində (-67 %) 25,3 ton (-73 %), Ukraynadan 25,3 min ABŞ dolları dəyərində (-74 %) 1,13 ton (-80 %), Norveçdən 11,85 min ABŞ dolları dəyərində 0,91 ton (bir il əvvəl tədarük olmayıb) alabalıq alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan (0,27 min ABŞ dolları dəyərində 0,01 ton), İtaliyadan (0,27 min ABŞ dolları dəyərində 0,01 ton) və Birləşmiş Ərəb Əmirliklərindən (0,18 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.