Azərbaycan 2 ölkəyə makaron satışını kəskin artırıb
- 01 iyul, 2025
- 12:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,7 milyon ABŞ dolları dəyərində 5 545 ton makaron məmulatları (kuskusdan başqa) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İsrailə 2,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 182 dəfə çox) 4 302 ton (+179 dəfə), Gürcüstana 619 min ABŞ dolları dəyərində (+3 %) 1 045 ton (+5 %), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 54,1 min ABŞ dolları dəyərində 63 ton (bir il əvvəl tədarük olmayıb), Liviyaya 47 min ABŞ dolları dəyərində (+124 dəfə) 64 ton (+120 dəfə), Səudiyyə Ərəbistanına 35 min ABŞ dolları dəyərində (-59 %) 42 ton (-66 %) məhsul satıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 19,1 min ton makaronun 65 %-i Türkiyənin payına düşüb.