Azərbaycan 2 ölkədən istiot tədarükünü bərpa edib

Biznes
  • 19 mart, 2024
  • 12:19
Azərbaycan 2 ölkədən istiot tədarükünü bərpa edib

2023-cü ildə Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 815 ton istiot idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Vyetnamdan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 343 ton (+21 %), Türkiyədən 857 min ABŞ dolları dəyərində (+21 %) 185 ton (+3 %), Çindən 280 min ABŞ dolları dəyərində (+5 dəfə) 84 ton (+14 dəfə), Özbəkistandan 180 min ABŞ dolları dəyərində (+5 %) 78 ton (-1,3 %), Hindistandan 166 min ABŞ dolları dəyərində (+3,5 %) 73,5 ton (+2 %) istiot alıb.

Azərbaycan 5 il 5 ayın tamamında Macarıstandan (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 3 aylıq fasilənin ardından Kambocadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana 26 ölkədən idxal edilmiş 737,5 ton istiotun 38,5 %-i Vyetnamın, 24,4 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə