Avropa İttifaqı qlobal çip istehsalında payını 20%-ə çatdırmaq istəyir
- 08 fevral, 2022
- 12:39
Yeniliklərdən dərhal xəbərdar olun!
"2030-cu ilə qədər qlobal çip istehsalında Avropa İittifaqı (Aİ) ölkələrinin payını 9%-dən 20%-ə çatdırmağı hədəfləyirik".
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
Onun sözlərinə görə, bunun üçün yaxın 8 il ərzində özəl sektor çip istehsalına 15 milyard investisiya qoyacaq. Aİ-yə üzv ölkələr isə əlavə olaraq çip istehsalna 30 milyard avro dövlət investisiyası yatırmağı planlaşdırır.
"Bu gün çiplər qlobal texnologiya yarışının mərkəzində dayanır. Koronavirus (COVID-19) pandemiyası çip tədarükündəki problemləri üzə çıxarıb. Qlobal səviyyədə çip çatışmazlığı iqtisadiyyatın bərpasını ləngidib", - deyə o qeyd edib.