ASK İsveçrə-Azərbaycan Ticarət Palatası ilə Anlaşma Memorandumu imzalayıb

Biznes
  • 07 oktyabr, 2026
  • 17:14
ASK İsveçrə-Azərbaycan Ticarət Palatası ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və İsveçrə-Azərbaycan Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" konfederasiyaya istinadən xəbər verir ki, memorandumu ASK-nın Baş katibi Ziya Hacılı və İsveçrə-Azərbaycan Ticarət Palatasının prezidenti Klod Haeqi imzalayıblar.

Bu sənəd iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının təşviqi baxımından yeni mərhələnin əsası hesab olunur.

Onlayn formatda keçən görüş zamanı Azərbaycanda günəş və külək enerjisi sahəsindəki sürətli inkişaf xüsusi vurğulanıb, bu istiqamətdə İsveçrə şirkətləri ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Tərəflər innovasiya, yaşıl texnologiyalar, enerji və kənd təsərrüfatı sektorlarında birgə fəaliyyət perspektivlərini, eləcə də hər iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı investisiyalara təşviq edilməsinin əhəmiyyətini ətraflı müzakirə ediblər.

44 filmi