Ağcabədi və Ağdamda KOB dostu fəaliyyətə başlayıb
- 15 mart, 2022
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi və Ağdam rayonlarında sahibkarlarla görüşlər keçirilib, eləcə də müvafiq rayonlarda KOB dostları fəaliyyətə başlayıb.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Bununla da Qarabağ iqtisadi rayonu üzrə KOB dostlarının sayı 4-ə çatıb. Hazırda KOB dostları ölkənin 30 şəhər və rayonunu əhatə edir.
Ağdam rayonu üzrə KOB dostu ofisi Heydər Əliyev Mərkəzində, Ağcabədi rayonunda isə Bayraq Muzeyində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.