ABŞ-dan Azərbaycana avtomobil idxalı kəskin azalıb

Biznes
  • 11 yanvar, 2023
  • 09:00
ABŞ-dan Azərbaycana avtomobil idxalı kəskin azalıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 530,8 milyon ABŞ dolları dəyərində 45 min 880 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,3 %, kəmiyyət olaraq – 20,7 % azdır.

Hesabat dövründə Koreyadan 103,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 12 min 084 ədəd (-0,6 %), Almaniyadan 98,1 milyon ABŞ dolları dəyərində (-16,6 %) 9 min 156 ədəd (-18,4 %), Yaponiyadan 89,7 milyon ABŞ dolları dəyərində (+28 %) 5 min 011 ədəd (+18 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 56,7 milyon ABŞ dolları dəyərində (-49 %) 5 min 190 ədəd (-59 %), Böyük Britaniyadan 41,8 milyon ABŞ dolları dəyərində (+57 %) 1 min 938 ədəd (+26,3 %) avtomobil gətirilib.