Üç ölkədən Azərbaycana nərə balığı idxalı bərpa edilib
- 20 dekabr, 2022
- 13:13
2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 1,81 milyon ABŞ dolları dəyərində 947,81 ton nərə balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,3 %, kəmiyyət olaraq – 34 % azdır.
Hesabat dövründə Rusiyadan 647,59 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % azdır) 554,8 ton (-43 %), Qazaxıstandan 371,54 min ABŞ dolları dəyərində (+98 %) 226,9 ton (+64 %), İtaliyadan 334,53 min ABŞ dolları dəyərində (+4,8 dəfə) 54,44 ton (+3,9 dəfə), Polşadan 191,61 min ABŞ dolları dəyərində (-22 %) 25,93 ton (-82,7%), Türkiyədən 79,23 min ABŞ dolları dəyərində (+49 %) 15,71 ton (+45,5 %) məhsul alınıb.
Səkkiz il 6 ayın tamamında Çilidən, 2 il 8 aylıq fasilənin ardından Çindən və 2 il 4 aydan sonra Lüksemburqdan tədarük bərpa edilib. Həmin ölkələrdən Azərbaycana müvafiq olaraq 0,05 min ABŞ dolları dəyərində 0,01 ton, 60,1 min ABŞ dolları dəyərində 14 ton və 7,1 min ABŞ dolları dəyərində 0,34 ton nərə balığı gətirilib.