Türkiyədəki yanğında Mehmet Şimşəkin bacısı qızı da ölüb - YENİLƏNİB
- 31 avqust, 2026
- 08:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Batman şəhərinin idman zallarından birində baş verən yanğında 3 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Həyatını itirənlərdən 42 yaşlı Emine Yağrinin Xəzinə və Maliyyə naziri Mehmet Şimşəkin bacısı qızı olduğu məlum olub.
Türkiyənin Batman şəhərinin idman zallarından birində baş verən yanğında 2 nəfər həyatını itirib, 1-i ağır olmaqla 10 nəfər yaralanıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Gültəpə məhəlləsində yerləşən özəl idman zalında baş verən yanğının səbəbi hələ məlum deyil.
Tüstüdən təsirlənən 12 nəfər təcili tibbi yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıb. İki nəfər müalicə aldığı xəstəxanada göstərilən tibbi müdaxiləyə baxmayaraq xilas edilə bilməyib.